Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lex” və Danimarkanın “Orhus” komandaları arasındakı matş başa çatıb.
İdman.Biz xəbər verir ki, bu komandaların Danimarkadakı ilk matçı 4:1 hesabı ilə polşalıların xeyrinə başa çatmışdı.
Lakin cavab qarşılaşmasının əsas vaxtı 3:0 hesabı ilə qonaq komandanın xeyrinə bitib. Əlavə vaxtda komandalar hərəyə bir qol vurublar – 4:1.
Cütlüyün taleyi penaltilərlə həll olunub. Penalti seriyasında danimarkalılar daha dəqiq olublar – 4:3.
Beləliklə, “Sabah” klubunun UEFA Çempionlar Liqasının üçüncü mərhələsindəki rəqibi Danimarkanın “Orhus” klubu olacaq.