“Sabah”ın ÇL oyununa təyinatlar

23.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sabah” – “Hapoel” (Beer-Şeva, İsrail) oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim İştvan Kovaç olacaq. Ona yan xətt referiləri Mixay Marika və Ferets Tunyodi kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sabolç Kovaç yerinə yetirəcək.

Avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:45-də start veriləcək.

Komandalar arasındakı ilk oyunda “Hapoel” qələbə qazanıb – 2:1.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью