Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sabah" çox ciddi rəqibdir".
Metbuat.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubunu 5:1 hesabla məğlub etdikdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən bildirib.
Baş məşqçinin sözlərinə görə, "Sabah"ın çox böyük şansları var:
"Son oyunlarını izlədim. Biz çalışırıq ki, öz işimizlə düzgün məşğul olaq və yaxşı nəticə əldə edək. Nə qədər gücümüz varsa, bunun üçün çalışacağıq".
Sevinc İbrahimzadə / Metbuat.az