“Sabah”ın əsas silahı növbəti oyunu da buraxır

03.02.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Sabah"ın futbolçusu Coy Lens-Mikels Azərbaycan Kubokunda "Qəbələ"yə qarşı keçirəcəkləri 1/4 final mərhələsinin ilk oyununda iştirak etməyəcək. Sport24.az-ın məlumatına görə, buna səbəb almaniyalı hücumçunun zədəli olmasıdır.
Misli Premyer Liqasında 2026-cı ilin ilk oyunlarını (17-ci, 18-ci tur) buraxan forvard kubok matçında da komandasına kömək edə bilməyəcək.
Mikelsin XIX turda "Araz-Naxçıvan"la görüşdə iştirakı da sual altındadır.
Qeyd edək ki, "Sabah" fevralın 4-də "Qəbələ" ilə üz-üzə gələcək. Çempionatın lideri XIX turda "Araz-Naxçıvan"ı qəbul edəcək. Coy-Lens Mikels hazırda Misli Premyer Liqasında 9 qolla bombardirdir. Onun komanda yoldaşı Velko Simiç də 9 dəfə fərqlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью