Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Sabah” futbol klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları bəlli olub.
Bu barədə paytaxt təmsilçisinin sözçüsü Elnur Həmidov məlumat verib
“Komanda dörd günlük istirahətə buraxılıb. Heyətdə olan 10 futbolçu müxtəlif milli komandalara dəvət alıblar. Onlar milli komandaların oyunları bitdikdən sonra həyətə qoşulacaqlar. Ardınca, noyabrın 10-da bir araya gələcəklər”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, fasilədən sonra “Sabah” Misli Premyer Liqasında ilk matçını noyabrın 20-də səfərdə “Sumqayıt”la üzləşəcək.