“Sabah”ın futbolçusu: “Daha yaxşı nəticə əldə edə bilərdik”

26.01.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah”ın futbolçusu Umarali Rahmonaliyev Premyer Liqada “Karvan-Yevlax”a qalib gəldikləri oyundan (4:1) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, matçda bir qolla qələbəyə töhfəsini verən özbəkistanlı yarımmüdafiəçi matçla bağlı bunları deyib:

“Bütün gücümüzü verdik, 100 faizimizlə oynadıq. Daha yaxşı nəticə əldə edə bilərdik. Şanslarımızı və qollarımızı növbəti oyunlara saxladıq.

Özümü burada evimdəki kimi hiss edirəm. Hər kəsə təşəkkür. Növbəti oyunlarda daha çox azarkeşlərin olmasını istərdim. Futbol onlarla daha maraqlıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью