“Sabah”ın futbolçusu əməliyyat olundu İdmanXəbər

04.11.2024

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah”ın futbolçusu İvan Lepinitsa əməliyyat olunub.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib.

Əməliyyat uğurla başa çatıb.

Qeyd edək ki, xorvatiyalı Misli Premyer Liqasının 10-cu turunun “Zirə” – “Sabah”(1:1) matçının gedişində zədələnmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью