“Sabah”ın futbolçusu: “Həyəcan var idi”

10.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-i (Uels) məğlub edib.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “bayquşlar”ın müdafiəçisi Rəhmad Daşdəmirov fikirlərini bölüşüb:

“Oyunu yaxşı qiymətləndirərdim, sərfəli nəticə qazandıq. Səfərdə süni örtüklü meydançada oynayacağıq və çətin olacaq. İnşallah, mərhələni keçərik.

Start heyətdə başlayacağımı iki-üç gün əvvəl bildim. Həyəcan var idi. Baş məşqçimiz oyundan əvvəl mənimlə danışdı, inandığını dedi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью