“Sabah”ın futbolçusu: “Kunde və Rafinya ilə danışmaq istərdim” VİDEO

24.11.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah” futbol komandasının müdafiəçisi Akim Zedadka UEFA Çempionlar Liqasında İspaniyanın “Barselona” klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, futbolçu İTV-yə açıqlamasında qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib.

“Çox həyəcanlıyam. Püşkatmadan sonra bilirdik ki, bu komanda ilə qarşılaşma bizim üçün ən möhtəşəm oyunlardan biri ola bilər. Azarkeşlərimizlə birlikdə möhtəşəm atmosfer yaratmaq istəyirik. Çərşənbə gününü və meydana çıxacağımız anı səbirsizliklə gözləyirəm”, - deyə müdafiəçi söyləyib.

Zedadka azarkeşlərlə görüşün və onların dəstəyinin əhəmiyyətindən də danışıb:

“Onlarla bu anları bölüşmək vacibdir. Çünki həm Çempionlar Liqasında, həm də ölkə çempionatında bizə dəstək olurlar. Məni görəndə sevinir, yaxınlaşıb şəkil çəkdirmək və avtoqraf almaq istəyirlər. Bu anları onlarla bölüşməkdən məmnunam”.

Bu gönderiyi Instagram'da gör

İctimai TV? (@ictimaitv.official)'in paylaştığı bir gönderi

Müdafiəçi “Barselona”nın hansı futbolçuları ilə söhbət etmək istədiyini də açıqlayıb:

“Xüsusi olaraq kiminsə adını çəkmək istəməzdim. Onlar böyük ulduzlardır və belə futbolçulara qarşı oynamaq mənim üçün şərəfdir. Bu, övladlarıma, ailəmə danışacağım bir xatirə olacaq. Ailəm də mənimlə çox fəxr edir. Amma ilk növbədə oyuna köklənəcəyəm və əlimdən gələni edəcəyəm.

Onların heyətində Jül Kunde var. O, fransızdır, buna görə onunla danışmaq daha asan olar. Bəlkə də Rafinya fransızca danışır. Mən ispan dilini də bilirəm. Ola bilsin ki, bəzi futbolçularla söhbət edim. Ancaq ilk növbədə oyuna köklənmək lazımdır. Qarşılaşmadan sonra isə onlarla danışmaq imkanımız ola bilər”.

Qeyd edək ki, “Sabah” - “Barselona” qarşılaşması Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində 25 noyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla beşinci, “Sabah” isə üç xalla 31-ci pillədə qərarlaşıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью