“Sabah”ın futbolçusu qələbəni ölən bacısına həsr etdi

27.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sabah”ın futbolçusu Aleksey İsayev Rusiya mətbuatına açıqlama verib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Çempionlar Liqasına vəsiqə qazanmalarını bir neçə il əvvəl dünyasını dəyişən bacısına həsr etdiyini deyib:

“Qarabağ”da oynadığım vaxt böyük faciə yaşadım, bacım rəhmətə getdi. Onkoloji xəstə idi, dəfn mərasimi üçün Krasnoyarska yollandım və hazırlığı buraxdım. Komandaya qayıdandan sonrakı matçda ehtiyatda qaldım. Qurban Qurbanov mənə yaxınlaşdı və dedi ki, “Başın sağ olsun, Allah rəhmət etsin”. Bu insana qarşı mən ancaq hörmət hissi bəsləyirəm.

Bacım Svetlana xəstə idi. İki il ona kömək etməyə çalışdım, amma təəssüf ki, bacarmadım. Bu qələbəmi, Çempionlar Liqasına vəsiqəni ona həsr edirəm. Məni futbola da o gətirib. Uşaq vaxtı 30 dərəcə şaxtada məni idman zalına aparırdı. Bizi dolandırmaq üçün bütün həyatı boyu çalışıb. İndi də çalışıram, onun uşalqarına kömək edim”.

“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri bu gün bəlli olacaq. Püşkatma saat 20:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью