Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sabah” futbol komandasının hücumçusu Coy-Lens Mikels Ruanda millisində rəsmi debüt edib.
İdman.Biz xəbər verir ki, 27 yaşlı forvard Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya ilə keçirilən görüşdə (3:1) meydana çıxıb və penaltidən qol vurub.
Ruanda millisinin digər qolunu “Zirə”nin sabiq futbolçusu Leroy Mikels vurub. “Zirə”nin müdafiəçisi Anji Mutsinzi də görüşdə 90 dəqiqə meydanda olub.
Liberiyanın təsəlli qoluna isə “Sumqayıt”ın sabiq hücumçusu Silvanus Nimeli imza atıb.