“Sabah”ın futbolçusu “Turan Tovuz”a keçə bilər

30.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Sabah” klubunun müdafiəçisi Sofian Çakla komandanı tərk etmək üzrədir.
Bizim.Media xəbər verir ki, baş məşqçi Vasili Berezutski futbolçunun komandada qalmasını istəmir və ona özünə yeni klub axtarmaq üçün vaxt verilib.
 

Əslən mərakeşli futbolçu çox güman ki, ölkəmizi tərk etməyəcək.


Belə ki, “Turan Tovuz” futbolçunu transfer etmək istəyir. Qərb klubu futbolçunun keçidini artıq qış fasiləsində tamamlamaq istəyir. Qeyd edək ki, Çaklanın “Sabah”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью