“Sabah”ın futbolçusu üçün mövsüm erkən başa çatdı FOTO

28.03.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Sabah”ın futbolçusu Amin Seydiyev əməliyyat olunub.

İdmanxeber.az-ın məlumatına görə, millinin Belarusa qarşı oyununda zədələnən müdafiəçi İstanbulda uğurlu əməliyyat keçirib. O, uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Seydiyev 2-3 ay komandasına kömək edə bilməyəcək. Ciddi zədə alan futbolçu üçün mövsüm erkən başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью