futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasına dəvət alıb.
Futbolpress.az xəbər verir ki, 33 yaşlı qolkiper baş məşqçi Con van’t Sxipin noyabr ayında keçiriləcək matçlar üçün açıqladığı genişləndirilmiş heyətə salınıb. Çərçivədə Pokatilovla yanaşı, Temirlan Anarbekov (“Kayrat”), Bekxan Şayzada (“Ordabası”) və Aleksandr Zarutski (“Aktobe”) də dəvət alanlar arasındadır.
Qazaxıstan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrda iki qarşılaşmaya çıxacaq. Komanda noyabrın 13-də səfərdə Moldova ilə üz-üzə gələcək, 16-da isə Astanada Slovakiya seçməsini qəbul edəcək.
“Sabah”ın əsas qapıçılarından olan Pokatilov daha əvvəl də Qazaxıstan millisinin şərəfini qoruyub.