sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Polşa millisinin sabiq futbolçusu Artur Vixnyarek "Sabah"ın üzvü Timoteuş Puxaçın yığmadakı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib. Sport24.az xəbər verir ki, 49 yaşlı keçmiş hücumçu "Kanał Sportowy"yə açıqlamasında Puxaça komandada yetərincə şans verilməməsindən narazılığını ifadə edib.
Vixnyarek baş məşqçi Yan Urbanın futbolçu ilə bağlı qərarını düzgün hesab etmədiyini bildirib:
"Düşünürəm ki, Puxaçın yerində olsaydım və bir az cəsarətim çatsaydı, baş məşqçinin yanına gedib belə deyərdim: "Hörmətli məşqçi, sentyabr-oktyabr oyunlarında, eləcə də hazırda mənə qarşı düzgün davranmadığınız üçün təəssüfləndiyimi bildirmək istəyirəm. Sol cinah müdafiəçisi kimi nəzərə alınmağım üçün daha nə etməli olduğumu bilmirəm. Bəlkə də məni sağ cinahda oynadasınız? Çünki bu mövqedə də digərlərindən geri qalmayacağam və eyni qədər qaçacağam".
Qeyd edək ki, Timoteuş Puxaç Polşa millisinin son oyunlarında ehtiyat oyunçular skamyasında qalıb.