Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Avropanın aparıcı futbol çempionatlarında bir neçə maraqlı qarşılaşma baş tutacaq.
İdman.Biz xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün xüsusi maraq doğuran görüş Almaniya Bundesliqasında keçiriləcək. UEFA Çempionlar Liqasında “Sabah”ın gələcək rəqibi olan Dortmund “Borussiya”sı doğma meydanda “Verder”i qəbul edəcək.
Dortmund təmsilçisi Almaniya çempionatına ardıcıl dörd qələbə ilə başlayıb. Oktyabrın 20-də isə Dortmund “Borussiya”sı Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində Bakı Olimpiya Stadionunda “Sabah”la qarşılaşacaq.
Türkiyə Superliqasında 13 xalla ikinci pillədə qərarlaşan “Qalatasaray” “Kasımpaşa” ilə üz-üzə gələcək. Rəqib 10 xal toplayaraq turnir cədvəlinin səkkizinci pilləsində yer alıb.
Fransa Birinci Liqasında “Lans” ikinci pillədəki “Lion”u qəbul edəcək. Lion təmsilçisi cari mövsümdə hələ məğlub olmayıb və beş turdan sonra 11 xala malikdir.
İspaniya çempionatında isə sonuncu pillədə qərarlaşan “Malaqa” doğma meydanda “Espanyol”la qarşılaşacaq.
Günün oyunları:
Türkiyə Superliqası
21:00. “Qalatasaray” – “Kasımpaşa”
Bundesliqa
22:30. “Borussiya” (Dortmund) – “Verder”
Fransa Liqa 1
22:45. “Lans” – “Lion”
La Liqa
23:00. “Malaqa” – “Espanyol”.
Qeyd edək ki, oyunların başlama saatları Bakı vaxtı ilə qeyd olunub.