“Sabah”ın gənc azarkeşi vəfat etdi (Foto)

23.09.2026

Icma.az, Milli.az saytına istinadən bildirir.

"Sabah" Futbol Klubunun sadiq azarkeşi Kənan Ocaqquliyev dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi gənc azarkeşin vaxtsız vəfatından dərin kədər hissi keçirdiyini bildirərək mərhumun ailəsinə, yaxınlarına və bütün azarkeş icmasına başsağlığı verib.

Klubun yaydığı rəsmi açıqlamada  "Tribunadakı yerin hər zaman görünəcək, Kənan! Allah rəhmət eləsin!" deyə qeyd olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью