“Sabah”ın gəncləri böyük fərqlə uduzdu

10.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının liqa mərhələsində ilk matçını keçirib.

Futbolpress.az xəbər verir ki, təmsilçimiz səfərdə “Mançester Yunayted”in müvafiq yaş qrupundan olan komandası ilə üz-üzə gəlib. Qarşılaşma ingilislərin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mançester Yunayted U-19 – Sabah U-19 5:0

Qollar: Əmir İbrahimov, 2, Ceykob Vatson, 16, C.C. Qabriel, 45, 85, 87

Qeyd edək ki, bu matç “Sabah” U-19 komandası üçün UEFA Gənclər Liqasının liqa mərhələsində debüt xarakteri daşıyıb.

Klubların əsas komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının liqa mərhələsinin I tur görüşü isə bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью