“Sabah”ın “Hapoel”dən güclü olduğunu düşünürəm”

19.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda bu gün “Hapoel” (Beer Şeva) ilə qarşılaşacaq. Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək matça saat 23:00-da start veriləcək.

Veteran futbolçu Mahmud Qurbanov “Futbolpress.az“a açıqlamasında rəqiblə bağlı fikirlərini bölüşdü:

“Hapoel”in pley-offa qədər gəlməsi göstərir ki, kifayət qədər gücləri var və onlara ciddi yanaşmaq lazımdır. Bildiyiniz kimi, Azərbaycan klubları avrokuboklarda dəfələrlə İsrail təmsilçiləri ilə qarşılaşıb. Onlarla oyunlar həmişə çətin keçib. “Hapoel” də möhkəm komandadır və nəticəyə oynamağı bacarır. III təsnifatda “Srvena Zvezda” kimi təcrübəli kollektivi sıradan çıxartdılar. Kompakt futbol oynayırlar və həm müdafiədə, həm hücumda intizamlıdırlar”. 

Mütəxəssis “bayquşlar”ın cütün favoriti olduğunu dedi:

“Sabah” bu mövsüm çıxışı ilə inam formalaşdırıb. Onlar üçün gözəl şans yaranıb ki, qrup mərhələsinə düşə bilsinlər. İlk növbədə birinci oyunda yaxşı nəticə qazanmaq lazımdır. Komandada keyfiyyətli futbolçular var. Hücumda aktivdirlər və imkanları dəyərləndirə bilirlər. Məncə, təmsilçimiz duellərin qalibi olacaq. “Sabah”ın “Hapoel”dən güclü olduğunu düşünürəm”.

Komandalar arasındakı cavab oyunu avqustun 25-də Bakıda keçiriləcək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью