Sabahın hava necə olacaq? | Icma.az
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +10 dərəcədən +14 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Tam oxu
Xəbəri oxu