Sabahın hava proqnozu açıqlandı 01.09.2025

31.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 21-26°, gündüz isə 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz isə 30-35% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 33-38° isti, dağlıq ərazilərdə gecə 13-18°, gündüz 20-25° isti olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью