Sabahın hava proqnozu açıqlanıb 11° isti olacaq Xəbər saytı Son xəbərlər və Hadisələr

04.12.2024

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью