Sabahın hava proqnozu necə olacaq? QURUM RƏSMİSİ AÇIQLADI

29.04.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Aprelin 30-u və mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, mülayim cənub-şərq küləyi əsəcək: "Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq. Bölgələrdə, əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısa müddətli yağıntı olacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim qərb küləyi əsəcək.

Havanın maksimal temperaturu Aran rayonlarında 17-22, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью