Sabahın havası açıqlandı

16.04.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Axşam.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 60-65 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью