Sabahın havası: Bakıda 11 dərəcə isti olacaq | Icma.az
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək Dekabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək. Gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq. Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Gecə 2-7° isti, gündüz 10-15 ° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu