“Sabah”ın hücumçusu: “Bu hissi təsvir edə bilmirəm”

26.08.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Bununla bağlı söz tapmaq həqiqətən də çətindir. Bu hissi təsvir edə bilmirəm”.

Bu sözləri “Sabah”ın hücumçusu Coy Lens Mikels deyib.

O, İsrail təmsilçisi “Hapoel” (Beer-Şeva) üzərində qələbəni dəyərləndirib.

“Çempionlar Liqasında oynamaq… Hələ tam dərk etdiyimi düşünmürəm. Yəqin ki, bir neçə gündən sonra bunun nə qədər möhtəşəm olduğunu anlayacağam. Təsəvvür edin, “Real” və ya “Barselona” ilə qarşılaşırıq. Onları burada, Azərbaycanda qəbul edə və ya öz meydanlarında onlara qarşı oynaya bilərik. Görürsünüz, söz tapmaqda çətinlik çəkirəm. Bu, inanılmaz hissdir”, - deyə o futbolinfo.az-a açıqlamasında söyləyib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью