“Sabah”ın hücumçusuna Türkiyədən elçi düşdülər!

10.11.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah"ın futbolçusu Coy Lens-Mikelsə maraq göstərən klubların sayı artır. Sport24.az-a bu barədə adının açıqlanmasını istəməyən menecer məlumat verib.
Belə ki, Türkiyənin "Rizespor" klubu 32 yaşlı hücumçunu mümkün transfer hədəfləri siyahısına daxil edib.
Klub rəsmiləri ilk növbədə futbolçunun müqavilə şərtləri ilə maraqlanacaq. Şərtlər onlar üçün qənaətbəxş olacağı təqdirdə "Sabah"a rəsmi təklif göndəriləcək.
Qeyd edək ki, Coy Lens-Mikelsin "Sabah"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью