“Sabah”ın iki futbolçusu üç oyunluq cəzalandı

26.05.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

23 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun "Neftçi-2" – "Şamaxı-2" oyununun 33-cü dəqiqəsində "Şamaxı-2" komandasının 80 nömrəli futbolçusu Həbib İsmayılov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Şamaxı-2" komandası 250 manat cərimə edilsin (maddə 51.2);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun "Araz-Naxçıvan-2" – "Sabah-2" oyununda "Araz-Naxçıvan-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Araz-Naxçıvan-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun "Araz-Naxçıvan-2" – "Sabah-2" oyunu bitdikdən sonra "Araz-Naxçıvan-2" komandasının 86 nömrəli futbolçusu İbrahim Piriyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, "Araz-Naxçıvan-2" komandası 300 manat cərimə edilsin (maddə 45.1);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun "Araz-Naxçıvan-2" – "Sabah-2" oyununun 32-ci dəqiqəsində "Sabah-2" komandasının 97 nömrəli futbolçusu Ramil Nuraxmedov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, "Sabah-2" komandası 800 manat cərimə edilsin (maddə 52.3);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun "Araz-Naxçıvan-2" – "Sabah-2" oyunu bitdikdən sonra "Sabah-2" komandasının 74 nömrəli futbolçusu Həmzəalı Mikayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, "Sabah-2" komandası 300 manat cərimə edilsin (maddə 45.1);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun "Sumqayıt-2" – "Turan Tovuz-2" oyununda "Sumqayıt-2" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sumqayıt-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью