“Sabah”ın kapitanı Azərbaycan çempionatlarında 250ci oyununu keçirib AZƏRTAC

25.11.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 25 noyabr, AZƏRTAC

Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, “Sabah”ın kapitanının yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2013/2014-cü illər mövsümündə debüt edən yarımmüdafiəçi 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Futbolçu “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Qeyd edək ki, Elvin Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью