Sabahın kapitanı: Heç birimiz bu vəziyyətdən məmnun deyilik İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. "Sabah"ın kapitanı Elvin Camalov Sportal.az saytına açıqlama verib.
İdman.biz xəbər verir ki, o, komandasının Misli Premyer Liqasının 14-cü turunun "Turan Tovuz"la (1:1) görüşü haqda danışıb: "Tovuz səfərimiz həmişə çətin keçir.
Bu dəfə də istisna olmadı. Komanda olaraq bu oyuna yaxşı hazırlaşmışdıq.
Hamı bu oyunda qalib gələrək son matçlarda olan qələbəsizlik seriyasına son qoymaq istəyirdi. İlk hissədə fürsətlərimiz var idi.
Fasilədən sonra qol buraxdıq. İşimiz daha da çətinləşdi. Buna baxmayaraq, hesabı bərabərləşdirə bildik. Qalib gəlmək istəyirdik.
Təəssüf ki, alınmadı. "Turan Tovuz" bu mövsümdə avrokuboklara iddialı olan klublardandır.
Onlara qarşı oyunumuzun çətin keçməsi də normaldır. "Turan Tovuz" liqada istənilən komanda üçün çətin rəqibdir.
Komandaya inam olması müsbətdir. Nəzərə alaq ki, bu inamı da komanda əvvəlki mövsümlərdi nəticələri ilə qazanıb. İndi 5-ci pillədəyik.
Tam oxu
Xəbəri oxu