“Sabah”ın komandası çempion oldu

22.05.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gənclər Liqasında 36-cı turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın U-19 komandası bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matç “bayquşlar”ın böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0. Qollara Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev imza atıblar. Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda, mövsümün bitməsinə 3 tur qalmış, çempionluğunu rəsmiləşdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью