“Sabah”ın kubokdakı rəqibi bilindi

28.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah”ın Azərbaycan Kubokunun 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

Futbolpress.az xəbər verir ki, “Bayquşlar” bu mərhələdə “İmişli” ilə qarşılaşacaq. Bölgə təmsilçisi II təsnifat mərhələsində “Qaradağ Lökbatan”ı 4:1 hesabı ilə məğlub edib.

1/8 final mərhələsinin oyunları 1–2 dekabr tarixlərində keçiriləcək. Bu mərhələdə qaliblər bir oyunla müəyyənləşəcək.

“Sabah” qarşılaşmanı öz meydanında keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью