“Sabah”ın legioneri 4 il sonra yığmaya çağırıla bilər

15.10.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Sabah”ın futbolçusu Akim Zedadka Əlcəzair millisinə dəvət ala bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb. Yığmanın baş məşqçisi Brahim Hemdani cinah müdafiəçisini yaxından izləyir.

Zedadka millinin noyabrda baş tutacaq toplanışına namizədlər arasındadır.

31 yaşlı futbolçu 2025-ci ildən “Sabah”da çıxış edir. O, bu mövsüm “bayquşlar”la 12 oyunda forma geyinib.

Zedadka 2022-ci ildə Əlcəzair millisində debüt edib. O, yığmada həmin il bir matça çıxıb və sonra dəvət almayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью