Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sabah”ın futbolçusu Eden Makkarti sosial şəbəkə hesabında paylaşım edib.
Futbolpress.az xəbər verir ki, afrikalı müdafiəçi Çempionlar Liqasına yüksəlmələri ilə bağlı bunları yazıb:
“Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə arzum gerçəkləşdi. Allahın planını heç vaxt sorğulamayın! Səs-küyə fikir verməyin, başınızı aşağı salın və növbəniz gələndə hazır olun! Mümkünsüz heç nə yoxdur. Bunu Allah etdi”.
“Sabah”ın əsas mərhələdəki rəqibləri bu gün bəlli olacaq. Püşkatma saat 20:00-da start götürəcək.