“Sabah”ın legioneri “Dinamo”nun TRANSFER HƏDƏFİNDƏ

04.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Sabah”ın futbolçusu Aaron Maluda daha bir tanınmış klubun diqqətini çəkib. 
Bizim.Media xəbər verir ki, 20 yaşlı vinger “Dinamo”nun(Zaqreb) transfer siyahısındadır.
Maluda məhz “Sabah”dakı performansı ilə xorvatların siyahısına düşüb.
“Dinamo” onu yeni mövsümdə də daimi izləyəcək, qışda və ya mövsümün sonunda Maluda üçün hərəkətə keçəcək.
Qeyd edək ki, “Sabah” Aaronu “Lill”dən transfer edib. Onun Azərbaycan çempionu ilə müqavilə müddəti 2029-cu il dekabrın 31-nə qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью