“Sabah”ın legioneri ehtiyatda qaldı

24.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Özbəkistan milli komandası doğma meydanda İran yığmasını qəbul edib.

Futbolpress.az xəbər verir ki, “İstiqlol” stadionunda keçirilən yoldaşlıq qarşılaşması meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə başa çatıb.

Özbəkistan – İran 3:1

Qollar: Eldor Şomurodov, 10, Eldor Şomurodov, 58 (penalti), Xusain Norçayev, 90+4 – Caxongir Urozov, 49 (avtoqol),

Qeyd edək ki, “Sabah”ın özbəkistanlı müdafiəçisi Umarali Raxmonaliyev bu qarşılaşmanı ehtiyat skamyadan izləyib.

İran millisi sentyabrın 29-da Rusiya seçməsi ilə qarşılaşacaq. Özbəkistan isə oktyabrın 1-də Suriya yığmasını sınağa çəkəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью