Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Sabah” Premyer Liqanın XVIII turunda “Zirə”ni məğlub edib – 3:1. “Bayquşlar”ın futbolçusu Stiv Solvet matçdan sonra “Futbolpress.az“a fikirlərini bölüşdü:
“Yaxşı performans göstərdik. İlk hissədə qollar vurub, matçın taleyini demək olar, həll etdik. Sonda qol buraxmaq istəməzdik, amma oldu”.
Solvet komandanı uğurlu çıxışına toxundu:
“Mövsümün ilk dövrəsində gördüyümüz işlərin üzərinə qoyub, irəliləyirik. Ancaq hələ də inkişaf etdirməli olduğumuz məqamlar var. İşimizə fokuslanmışıq. Qarşıda uzun marafon var. Əsas odur ki, hədəfimizin nə olduğunu bilirik. Təvazökar qalmalıyıq və diqqətimizi itirməməliyik. Bu yolda yanımızda olan azarkeşlərimizə də təşəkkür edirəm”.
Müdafiəçi Azərbaycan Kubokunda “Qəbələ”yə qarşı keçirəcəkləri oyundan da söz açdı:
“Həm çempionatda, həm kubokda uğurlu olmaq isəyirik. Məqsədimiz qələbə qazanmaqdır. Hər oyun bizimçün çox vacibdir”.
Şahin Cəfərov