“Sabah”ın legioneri iki il sonra yenidən millidə

18.09.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Sabah”ın futbolçusu Timoteuş Puxaç Polşa millisinə dəvət alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Müdafiəçi yığmanın Millətlər Liqası oyunları üçün heyətə daxil edilib.

Puxaç sonuncu dəfə 2024-cü ildə milliyə çağırılmışdı.

Polşa millisi sentyabrın 25-də Bosniya və Herseqovina, 28-də İsveç, oktyabrın 2-də Rumıniya, 5-də isə yenidən Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью