“Sabah”ın legioneri İsrafilovun yanına yollanır ÖZƏL

05.06.2025

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah”ın müdafiəçisi Con İrazabal yeni mövsümə Azərbaycanda başlamayacaq.

Apasport.az saytına verilən məlumata görə, 28 yaşlı futbolçunun yeni komandası bəllidir.

O, karyerasını Malayziyada davam etdirəcək.

Futbolçu bu ölkənin iddialı klublarından olan “Yohor Darul Tarzim”lə anlaşıb. Con burada Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilovla komanda yoldaşı olacaq.

Xatırladaq ki, müdafiəçi 2022-ci il iyulun 10-da “Sabah”la anlaşmışdı və müqavilə müddəti gələn ayın 30-da başa çatacaqdı.

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq Ayxan Abbasov: “Bundan nəticə çıxaracağıq” Millimiz Belarusa məğlub oldu - YENİLƏNİB “Şamaxı”dan növbəti transfer - RƏSMİ AFFA 5 klubla bağlı qərar verib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью