Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın hücumçusu Coy Lenss Mikelsin formasını geyindiyi Ruanda millisi səfərdə Malinin qonağı olub. 5 qolun vurulduğu matç Malinin qələbəsiylə başa çatıb – 3:2.
Mikels də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 88-ci dəqiqədə əvəzlənib.
Ruanda yığması qrupda 6 xalla 2-ci yerdədir.