Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sabah”ın futbolçusu Umarali Rahmonaliyev Özbəkistan millisində növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda Rusiya ilə yoldaşlıq görüşündə üz-üzə gəlib. Matç rusların qələbəsiylə başa çatıb – 3:2.
Umarali qarşılaşmanın iştirakçısı olub. O, 89-cu dəqiqədə Rizakulovun əvəzinə meydana çıxıb.
Özbəkistan millisi noyabrın 17-də Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyununda üz-üzə gələcək.