“Sabah”ın legionerindən çempionluq açıqlaması: “Ancaq öz oyunumuza köklənmişik”

02.02.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Sabah"ın futbolçusu Stiv Solvetin Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının XVIII turunda səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub etdiniz. Oyun haqqında təəssüratların necədir?
- Matça qələbə üçün çıxmışdıq. Məncə, yaxşı performans da sərgilədik. Qarşılaşmada yeganə təəssüfləndirici məqam son dəqiqələrdə qol buraxmağımız oldu. Amma əsas olan 3 xal idi ki, onu da qazandıq.
- Səncə, erkən qollar vurmağınız qələbədə önəmli rol oynadımı?
- Komanda olaraq oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə bizə lazım olan qolları vurduq. İlk hissədə 3 top fərqi ilə önə keçməyimizin matçda həlledici rol oynadığını düşünürəm.
- "Zirə" kimi komandanı səfərdə məğlub etdikdən sonra çempionluq inamınız artırmı?
- Mövsümün ikinci hissəsi hələ irəlidədir. İndi yalnız oyundan-oyuna inkişaf etmək barədə düşünürük. Əsas məqsədimiz budur.
- "Qarabağ" ardıcıl çempionluqlar qazanıb. "Sabah" da bu mövsüm iddialıdır. Rəqibin çempionluq seriyasını qıra biləcəksiniz?
- Dediyim kimi, hazırda ancaq öz oyunumuza köklənmişik. Ancaq öz oyunumuzu inkişaf etdirmək barədə düşünürük. Sonda hansı nəticə qeydə alınacaq, bunu mövsümün sonunda birlikdə görəcəyik.
- Həftəiçi Azərbaycan Kubokunun oyunları olacaq. İki cəbhədə mübarizə aparmaq sizin işinizi çətinləşdirə bilər?
- Xeyr. Mən elə düşünmürəm. Biz hər turnirdə maksimum nəticə qazanmağı hədəfləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью