“Sabah”ın məşqçisi hakimi söydüyünə görə cəzalandırıldı

01.10.2025

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA İntizam Komitəsi "Sabah"ın məşqçisi Castinas Qasiunası 4 oyunluq cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, buna səbəb məşqçinin Misli Premyer Liqasının 6-cı turunda "Sumqayıt"la görüşdə hakimi təhqir etməsi olub.

Castinas Qasiunas matçın 90+4-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Buna görə klub 10000 manat cərimə də edilib. Dominos pizza

“Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimə edilib. Oyunda “Sabah” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” klubu 700 manat cərimə edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью