Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah” klubunun müdafiəçisi İqor Noqeyra karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, adıçıəkilən ölkənin “Əl Nəsr” klubu futbolçunu transfer etmək istəyir.
Lakin “Sabah” Noqeyra ilə sağollaşmaq fikrində deyil. Klub artıq braziliyalı legionerə yeni müqavilə təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.
Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatacaq.
Bizim.Media