“Sabah”ın mümkün rəqibi kim olacaq? ÇL də püşkatma günü

03.08.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Sabah”ın mümkün rəqibi kim olacaq? - ÇL-də püşkatma günü

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşk zamanı “Orhus” (Danimarka) - “Sabah” cütünün qalibinin də rəqibinin kimliyinə aydınlıq gələcək.

Bu cütlük səpələnməmişlər səbətində yer alıb. Rəqib səpələnmişlər səbətində yer alan bu komandalardan biri olacaq:

“Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalgiris” (Litva) cütünün qalibi

“Seltik” (Şotlandiya)

“Myelbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi

AEK (Afina, Yunanıstan)

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26 avqustda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью