Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Azərbaycan çempionu “Sabah” basketbol komandası növbəti hazırlıq matçında Böyük Britaniyanın “London Layons” klubu ilə üz-üzə gələcək.
Futbolpress.az xəbər verir ki, qarşılaşma sentyabrın 3-də Litvanın Kaunas şəhərində təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Paytaxt təmsilçisi Litvadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk sınaq matçında yerli “Yuvendus Utena”ya məğlub olub (84:89), ikinci qarşılaşmada isə “Şyaylyay” komandasını üstələməyi bacarıb (92:80).
“Sabah” yeni mövsümdə ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək.