Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sabah”ın ispaniyalı fizioterapevti Mateo Peres “Sport” nəşrinə müsahibə verib.
Futbolpress.az xəbər verir ki, o, Çempionlar Liqasının V turunda keçiriləcək “Sabah” – “Barselona” matçından danışıb:
“Barselona”nı məğlub edə bilərik. Reallıq budur ki, şansımız var. Rəqib uzun səfər edib və yorğun ola bilər. Qələbə çətindir, amma mümkünsüz deyil.
Lamin Yamalın oynamaması bizim üçün üstünlükdür. Bu, komandaya rahatlıq verə bilər. Buna baxmayaraq, güclülərlə üz-üzə gəlməyi arzulayırdıq. Əsl sürpriz “Barselona”nı bütün ulduzları meydanda olan vaxt məğlub etməkdir”.
“Sabah” – “Barselona” oyununa saat 21:45-də start veriləcək.