Sabahın ölümdirim oyunu Arif Əsədovun turdan gözləntiləri | Icma.az
Icma.az bildirir, sport24.az portalına istinadən. "Turun ən maraqlı oyunu "Neftçi" – "Zirə" qarşılaşmasıdır.
Hər iki komandanın xal itkiləri var. Samir Abasov gəldikdən sonra heyəti tam formalaşdıra bilməyib.
"Zirə"də avrokubok oyunlarından sonra eniş hiss olunur. Bu matça dönüş kimi baxa bilərlər. Görüşün heç-heçə ilə bitəcəyini düşünürəm".
Bu sözləri Sport24.az-a açıqlamasında futbol mütəxəssisi Arif Əsədov Azərbaycan Premyer Liqasında XIV turundakı oyunlarından gözləntilərini açıqlayarkən deyib.
O, turun ilk qarşılaşması olan "Kəpəz" – "Araz Naxçıvan" oyunu haqda fikirlərini bildirib: ""Kəpəz" – "Araz Naxçıvan" oyununda üstünlük qonaqların tərəfindədi.
"Araz Naxçıvan" "Qarabağ"a məğlub olduqdan sonra ardıcıl qələbələr sıralayır. Futbolçularda ustalıq və özünəm inam var.
Yəqin ki, milli fasilədə öz oyunlarını daha da təkminləşdirdilər. "Kəpəz" isə getdikcə öz oyununu tapır. Komandada irəliləyiş var.
Bu görüşdə hər bir nəticə ola bilər". Əsədov daha sonra "Səbail" - "Qarabağ", "Turan Tovuz" - "Sabah" və "Sumqayıt" - "Şamaxı" oyunları barə
Tam oxu
Xəbəri oxu