SabahIn oyunçusu 250yə çatdı

25.11.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

“Sabah”ın yarımmüdafiəçisi Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçunun yubileyi Misli Premyer Liqasının 14-cü turuna təsadüf edib. 

Camalov “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.

Premyer Liqada 2013/14 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub. O, üç komandanın formasını geyinib. Elvin “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.

Qeyd edək ki, Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью