futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah” basketbol klubunun üzvü Frenki Fidler FIBA Çempionlar Liqasında mühüm göstəriciyə imza atıb.
Futbolpress.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytında məlumat dərc edilib. Amerikalı oyunçu turnirdəki ilk üç qarşılaşmasının hər birində ən azı 17 xal toplayıb və 5 ribaundla yadda qalıb.
Çempionlar Liqasının bütün tarixi ərzində buna qədər yalnız iki basketbolçu, Zak Selyaas və Cerrod Cons belə uğurlu startla fərqlənmişdilər. Fidler bu göstəriciyə nail olan üçüncü idmançı olub.
Bundan əlavə, “Sabah”ın basketbolçusu turnirdəki son iki matçının hər birində aktivinə 5 məhsuldar ötürmə yazdırmağı bacarıb.